사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
동의함 더 알아보기

ASCO 정보

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulmuşdur. 160 illik zəngin tarixə malik Gəmiçilik bu müddət ərzində şanlı yol keçmişdir, və bugün Azərbaycan gəmiçiliyi özündə illərin təcrübəsini, eləcə də müasir dövrün tələblərinə uyğun qurulmuş korporativ idarəetmə sistemini cəmləşdirir.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qapalı səhmdar cəmiyyəti formasında yenidən təşkil edilmiş və öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Belə ki, həmin Sərəncama əsasən, respublikada mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yaradılmışdır.

Hazırda, ASCO Xəzər regionunda ən böyük gəmiçilik şirkəti olmaqla, aşağıdakı istiqamətlər üzrə xidmətlər təqdim edir:

• Yükdaşımalar

• Neft sənayesinə ixtisaslaşmış ofşor xidmətləri

• Gəmi təmiri və tikintisi

• Təhsil və təlim

• Logistika ximətləri

• Quru yük limanı xidmətləri

• Agentlik xidmətləri

ASCO-nun donanmasında 16 tipdən artıq müxtəlif təyinatlı və geniş profilli, ümumi sayı 250-dən çox olan gəmilər mövcuddur. Yükdaşımaları təmin edən nəqliyyat donanmasına tanker gəmiləri, universal quru yük gəmiləri, bərələr və Ro-Ro tipli gəmilər daxildir. Neft sənayesinə ixtisaslaşmış ofşor xidmətləri təqdim edən donanmanın tərkibinə isə kran gəmiləri, sərnişin gəmiləri, lövbərdaşıyan təchizat-yedək gəmiləri (AHTSV), özül təchizat gəmiləri (PSV), yedək gəmiləri, dalğıc gəmiləri, yanğınsöndürən gəmilər, barjalar, mühəndis-geoloji gəmilər, sualtı borudüzən gəmilər, torpaqqazan gəmilər və digəriləri daxildir.

Gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması məqsədi ilə, 2014-cü ildən etibarən ASCO Xəzərdən kənar hövzələrdə fəaliyyətini bərpa etmişdir. Hazırda, ASCO Qara və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 13 ədəd gəmi, o cümlədən 11 ədəd quru yük gəmisi və 2 ədəd tanker istismar edir.

Bugün, ASCO fəaliyyətini Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkəmizin əlverişli coğrafi mövqeyinin və onun tranzit potensialının reallaşdırılması, eləcə də Trans-Xəzər dəhlizinin inkişaf etdirilməsi istiqamətində qurur və bu istiqamətdə ölkəmizin, eləcə də digər dövlətlərin yükdaşımalarda iştirak edən müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.

최신 버전 0.1의 새로운 기능

Last updated on Jun 14, 2019

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

번역 로드 중...

추가 앱 정보

최신 버전

ASCO 업데이트 요청 0.1

필요한 Android 버전

4.1 and up

더 보기

ASCO 스크린 샷

APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.