We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

关于Notify-Baku

Bütünbrendlərinyenilikləri井proqramdaxilindəbirləşdi!

NOTIFY-BAKU nədir?

Çox vaxt sevdiyimiz brendlar və bizə lazım olan digər şirkətlər haqqında yeniliklər, endirimlər, kampaniyalar və digər məlumatları əldə etmək istəyirik. Bu məlumatları əldə etmək üçün nə edirik? Ya mağazalara gedirik, ya internet səhifəsinə daxil oluruq ya da müxtəlif yollarla onlarla əlaqə saxlamağa çalışırıq ki, istədiyimiz məlumatları əldə edə bilək. Bəs bu məlumatları başqa cür əldə edə biləcəyimiz haqda nə vaxtsa düşünmüşük? Artıq NOTIFY-BAKU mobil tədbiqini telefonunuza quraşdıraraq sizə lazım olan şey sadecə, sevdiyiniz brendlərə üzv olmaqdır. Bundan sonra istədiyiniz bildirişləri notify vasitəsilə ala biləcəksiniz.

Necə istifadə edə bilərsiniz?

NOTIFY-BAKU mobil tədbiqi vasitəsilə siz sevdiyiniz brendlər və şirkətləri kateqoriya bölməsindən tapıb, qarşısındakı qutucuğu işarələyərək ona üzv olmuş hesab olunursuz və onların bütün endirim, yenilik, kampaniya və digər məlumatlarını bildiriş formasında ala bilirsiniz. Bundan başqa, NOTIFY-BAKU mobil tədbiqinin daxilində olan şirkətlərin bütün əlaqə vasitələrini görə bilirsiniz.

NOTIFY-BAKU sizə nə verir?

⁻ Artıq siz məlumatları axtarmırsınız, məlumatlar sizə gəlir.

⁻ Gələn məlumatları sadecə mətn formasında deyil, şəkil və video formasında da görə bilirsiniz. Bu da sizdə təqdim olunan məlumatlar barədə daha dolğun təsəvvür yaradır.

⁻ NOTIFY-BAKU həm də bir mobil bələdçidir. Belə ki, artıq sizə lazım olan bütün şirkətlərin (brendlərin) xəritə üzərində yerlərini, telefon, email, internet saytı, facebook səhifəsi kimi məlumatlarını əldə edə bilir, hətta hansı marşrutla hərəkət etsəniz oraya daha tez və rahat çata biləcəyinizi görə bilirsiniz.

⁻ Program daxilində ən çox izlənilən şirkətləri (brendləri) görə bilirsiniz, bu da sizə seçimi düzgün etməyinizdə çox kömək olur.

Niyə NOTIFY-BAKU mobil tədbiqindən istifadə etməlisiniz?

Spam deyil: NOTIFY-BAKU mobil tədbiqinin bazasında minlərlə şirkət (brend) olmasına baxmayaraq, siz sadəcə üzv olduğunuz şirkətlərin bildirişlərini alırsınız. Beləliklə, istəmədiyiniz brendlərdən bildiriş almaq məcburiyyətində qalmırsınız.

Vaxtınıza qənaət edirsiniz: Əvvəllər sevdiyiniz şirkətlərin (brendlərin) endrim, yenilik, kampaniya və digər məlumatlarını əldə etmək üçün enerji və vaxt sərf edirdiniz. Artıq NOTIFY-BAKU mobil tədbiqindən istifadə edərək həm vaxtınıza həm də enerjinizə qənaət etmiş olursunuz. Çünki, artıq siz məlumatları axtarmırsınız, məlumatlar sizə gəlir.

Yorucu deyil: NOTIFY-BAKU mobil tədbiqinin istifadəsi də çox rahatdır, çünki hər dəfə yeni məlumatlar olub olmadığını yoxlamaq üçün mobil tədbiqə daxil olmağa ehtiyac yoxdur. Sevdiyiniz brendlərdən hər hansı bir yenilik olduğu zaman mobil tədbiq səsli bildirişlə yeni məlumat olduğunu sizə bildirir.

İstifadəsi çox rahatdır: Bütün şirkətlər (brendlər) fəaliyyət növü nəzərə alınmaqla kateqoriyalara bölündükləri üçün, axtardığınız şirkəti (brendi) tapmaq çox asandır.

Şəxsiləşdirmək mümkündür: Öz zövqünüzə uyğun tema seçə bilirsiniz. Həmçinin bildirişlərin səsi sizi narahat edirsə, bildiriş səsini söndürə və ya müəyyən saat aralığında gəlməsi üçün tənzimləyə bilirsiniz.

最新版本1.3.1更新日志

Last updated on 2016年03月03日

1. Kiçik problemlər aşkarlanaraq aradan qaldırıldı.
2. Bəzi əlavələr edildi.

翻译中...

更多应用信息

最新版本

请求 Notify-Baku 更新 1.3.1

上传者

Sandup Tshering

系统要求

Android 4.0+

更多

Notify-Baku 屏幕截图

语言
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。