We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

关于Hayat Mebel

生命是MEBEL官方​​移动应用程序

Fəaliyyətə 2000-ci ildən başlayan “Həyat Mebel” 10 ildən artıq müddətdir ki, Türkiyənin nüfuzlu firmaları ilə əməkdaşlıq edərək, eviniz, bağınız və ofisiniz üçün hər növ çeşiddə və ölçüdə mebellərin sifarişi, çatdırılması və quraşdırılması kimi xidmətləri göstərməkdən şərəf duyur. Bu dövr ərzində əsrarəngiz gözəlliyi, yüksək keyfiyyəti, unikal rahatlığı, xüsusi dizaynı ilə seçilən “Həyat Mebel” öz missiyasını “şərəf” prinsipi ilə yerinə yetirmişdir. Təsadüfi deyil ki, hazırda mebel dünyasında “Həyat Mebel” “elit və prestijin” rəmzi hesab olunur.

Daim müasir dövrün tələblərinə uyğun dəyişən və yeniləşən “Həyat Mebel” öz müştərilərini razı salmaq üçün onlara əlverişli qiymətə, keyfiyyətli və zəmanətli məhsulların verilməsini əsas meyar kimi qəbul edərək, bu istiqamətdə davamlı işlər görür.

Hazırda “Həyat Mebel” öz fəaliyyət istiqamətlərini daha da genişləndirərək, yeni funksiyalarla və peşəkar mütəxəssislərlə xidmətinizdədir. Yeniliyimiz və fərqimiz ondan ibarətdir ki, evinizə, bağınıza və ofisinizə bənzərsiz, heyrətamiz və füsunkar dizayn verməklə kifayətlənməyib, evinizi, bağınızı, ofisinizi müxtəlif üslublu mebellər, pərdələr, xalçalar, divar kağızları, işıqlandırma sistemləri ilə təmin etməklə, yeni görünüşdə Sizə təqdim edirik.

Bununla Siz, öz dəyərli vaxtınızı itirmədən, zamanınızı axtarışlara sərf etmədən, yorulmadan misilsiz görünüş və təkrarolunmaz rahatlıq əldə edəcəksiniz.

Əminik ki, hər növ interyerə uyğun, Türkiyənin Avropada tanınmış məşhur firmaları tərəfindən istənilən dizaynda və ölçüdə hazırlanan, ev, bağ və ofis üçün klassik, modern və avanqard üslubda mebellərin sifarişi, çatdırılması və quraşdırılması kimi çoxsaylı xidmətimizlə Sizi məmnun edəcəyik.

Əgər Siz evinizin, bağınızın, ofisinizin mükəmməl görünüşlü, zövq oxşayan və komfortlu olmasını istəyirsinizsə bizə etibar edin!

Sizi xəyallarınızın gerçəkləşdiyi məkanda, yeniliyin və fərqliliyin ünvanı - “Həyat Mebel” - də gözləyirik!

“Həyat” gözəlliklərlə doludur!

Hörmət və səmimiyyətlə,

Sizin “Həyat Mebel”.

最新版本1.0.19更新日志

Last updated on 2016年04月05日

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

翻译中...

更多应用信息

最新版本

请求 Hayat Mebel 更新 1.0.19

上传者

Muhammadz Ridwan Prasetya

系统要求

Android 2.1+

更多

Hayat Mebel 屏幕截图

订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。