We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

关于Əl Muraciat

手接触(英皇)Imamate,省,哈里发

Kitabın Adı: Əl Muraciat

Müəllif Seyyid: Əbdül-Hüseyn Şərəfüddin Müsəvi

EY KİTABIM!

Müəllif dolğun mənalı şeri ilə kitaba xitabən deyir:

"Ey mənim kitabım, yer üzündə seyr et və istədiyin yerə ayaq bas! Qoy oxucuların həmişə səni sevərək oxusunlar. Səndə məni qorxudan nə bir yalan, nə də heysiyyətinə nöqsan gətirəcək bihudə, dəlilsiz bir məsələ yoxdur.”

Hər şəxsiyyət onda olan müəyyən tipik xüsusiyyətlərlə xarakterizə olunur. Başqasının şərhi-halını yazan şəxs isə onun bu kimi keyfiyyətlərini və elmi səviyyəsini göstərməklə şəxsiyyətini oxucuya tanıtdırır. Əgər onun əsərləri şəxsiyyətini aydınlaşdırırsa, artıq tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra yeni, deyilməmiş maraqlı incəliklər verilsin.

“Əl-Müraciat” kitabı, demək olar, o yazıçı və böyük alimin tərcümeyi-halı və xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif bəhslərə aid geniş məlumat verməklə yanaşı müəllifin, fəsahət, bəlağət, qələmin səlisliyi, mübahisə vaxtı alicənablıq və ehtiramı gözləmək, diqqət, mübahisədə mətanət, xitab olunan və bəhs edən şəxsə tam ehtiram, mübahisələrin tənzimi və başqa xarakterik cəhətlərini aşılayır. Hər halda müəllifin başqa kitablarını da oxumaqla yuxarıda deyilənləri daha yaxşı duyacaqsınız.

Etiraf edirəm ki, bu böyük alimin şəxsiyyətində aradıqlarımı bu neçə səhifədə yazmaq çətindir. Çünki onun dünya görüşü, əxlaqı və insani dəyərləri bir dərya qədər geniş, kitabları, xüsusən bu kitabı ruhun dərinliklərinə vəsf olunmaz nur saçır.

* * *

HƏYATI

Bu böyük alimin adı Seyyid Əbdül-Hüseyn Şərəfüddindir. Adı necə də şəxsiyyətinə münasibdir – Əbdül-Hüseyn. Çünki bütün ömrünü İslama, müsəlmanlara və onların düşmənləri ilə mübarizəyə sərf etmişdir. Şərəfüddindir, çünki dinə xüsusi şərəf gətirmişdir. Belə nümunəvi insanlara İslam aləmində az rast gəlinir.

Atası Şərif Yusif ibn Şərif Cavad ibn Şərif İsmayıl, anası Zəhra, Seyyid Hadi ibn Seyyid Məhəmməd Əlinin qızıdır ki, hər ikisi “Şərəfüddin” sülaləsinin böyüklərindən birinə mənsubdur.

O, 1290-cı hicri-qəməri (1869) ilində Kazimeyn şəhərində, elm və bilik üçün lazımı vasitələrin olduğu bir ailədə doğulmuş və mövcud imkan onun ixtiyarına bir müsəlman, bir İslam təbliğatçısı və aliminə lazım təminat və şəraiti ərməğan vermişdir. Nəcəf-Əşrəfdə məşhur alimlərin hüzurunda fiqh (şəriət əhkamları elmi) və üsul elmlərini öyrənmiş, habelə mərhum Seyyid Kazim Təbatəbai, Axund Xorasani, Fəthullah İsfahani, Şeyx Məhəmməd Taha Nəcəfi və Şeyx Həsən Kərbəlayidən lazımınca bəhrələnmişdir.

Bu böyük alim ilə fiqh və üsul elmini öyrənən başqa tələbələr arasındakı fərq bundan ibarət idi ki, o, yalnız elm öyrənməklə kifayətlənməmiş, dövrün ictimai-siyasi vəziyyətindən, İslam ümmətində baş verən hadisələrdən də xəbərsiz olmamışdır. Müsəlmanların çətinliklərinə şərik olmaq, onların aradan qaldırılması barədə daim düşünmək (bu kitab özü bir nümunədir), müəllifi narahat etdiyi məsələlərdən olmuş və özü müqəddimədə bu həqiqətə toxunmuşdur: “Şiə və sünni ixtilafları elə cavanlığımdan məni kədərləndirirdi və həmişə bir çarə ardınca idim.”

Şiə Azerbaycan Din Islam EhliBeyt Dua Azan Hacı Şahin Çərəkə İslam, Risalə Risale Quran mp3 Bygajiyev Milyoncu 4 şəkil 1 cavab Gəncə Dua 5000 Hədis 500 Hədis Qurani Kərim Dini kitablar

最新版本3.0更新日志

Last updated on 2017年01月23日

Yanlışlıqlar aradan qaldırıldı

翻译中...

更多应用信息

最新版本

请求 Əl Muraciat 更新 3.0

上传者

Wynnicyus De Borba Prudente

系统要求

Android 1.6+

更多

Əl Muraciat 屏幕截图

订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。